waplog

Ötən ay 300-ə yaxın vətəndaş telefon çəkilişini “Elektron hökumət” portalı vasitəsilə reallaşdırıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) RYTN-in “Yeni telefon çəkilişi” xidməti ilə bağlı istifadə statistikasını açıqlayıb.
 
 
May ayı ərzində vətəndaşlar “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən sözügedən e-xidmətdən 282 nəfər faydalanıb. 
 
 
Vətəndaşlar “Elektron hökumət” portalı vasitəsilə onlayn müraciət formasını doldurmaqla və onlayn ödəniş etməklə bir neçə dəqiqə ərzində telefon çəkilişi xidmətini sifariş edə, hətta  istədiyi nömrəni ekrandan seçə bilərlər. Sifariş qəbul olunduqdan sonra 2-3 gün ərzində mənzilə telefon çəkilir.
 
 
Qeyd edək ki, telefon çəkilişi tarifi 30 manat təşkil edir. Nömrə seçildiyi təqdirdə əlavə haqq ödəmək lazım gəlir.
 
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL