waplog

Cari ildə sosial müdafiə sahəsində daha 5 elektron xidməti əhalinin istifadəsinə veriləcək


Dövlət Sosial Müdafiə Fondu (DSMF) cari ildə daha 5 elektron xidməti əhalinin istifadəsinə verməyi planlaşdırır.
 
Bu barədə jurnalistlərə verdiyi açıqlamasında adıçəkilən fondun sədri Elman Mehdiyev məlumat verib.
 
O, Dövlət Sosial Müdafiə Fondu sistemində xidmətin elektronlaşdırılması işinin sürətlə davam etdirildiyini önə çəkərək əlavə edib ki, hazırda DSMF elektron xidmətlərin göstərilməsi sahəsində ən öncül dövlət qurumlarındandır. E.Mehdiyev söyləyib ki, DSMF tərəfindən əhaliyə xidmətin keyfiyyətinin daha da artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir:
 
“Əsas etibarilə Fondun kadr potensialının daha da gücləndirilməsi, davamlı ixtisasartırma tədbirlərinin reallaşdırılması və sistemə yeni, gənc, müasir təhsilli işçi qüvvəsinin cəlb olunması istiqamətində işlər aparılır. Təkcə may ayı ərzində dövlət qulluğuna mütəxəssislərin müsabiqə vasitəsilə qəbul olunması yolu ilə Dövlət Sosial Müdafiə Fondu sisteminə 68 gənc mütəxəssis işə qəbul edilib. Əhali ilə işin xüsusiyyətlərinə daha dərindən bələd olmaq üçün onlar davamlı treninqlərə cəlb olunurlar”.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL