waplog

Dünyada SİM kartların sayı Yer kürəsi əhalisinin sayına yaxınlaşıb


İsveçin “Ericsson” şirkətinin nümayəndələri Moskvada keçirilən mətbuat konfransında 2015-ci ilin birinci rübünə həsr edilən “Mobility Report” hesabatını təqdim edərək dünyada mobil qoşulmaların sayının 7,2 milyard təşkil etməsini və bununla mobil rabitənin nüfuzetmə səviyyəsinin 99 faizə çatmasını (Yer kürəsi əhalisinin sayı 7,3 milyard nəfərə bərabərdir) açıqlayıblar.
 
Analitiklər həmçinin qeyd edib ki, dünyada real abunəçilərin sayı təxminən iki dəfə azdır (4,9 milyard). Bu, bir nəfərin bir neçə SİM kartdan istifadə edə bilməsi ilə izah edilir.
 
Cari ilin birinci rübündə yeni qoşulmaların sayı 108 milyon olub. Qoşulmaların sayına görə lider Hindistandır (+26 milyon). Sonrakı yerlərdə Çin (+10 milyon), Myanma (+5 milyon), İndoneziya (+4 milyon) və Yaponiya (+4 milyon) qərarlaşıb, - "Lenta yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL