waplog

KTN sahəsində elektron xidmətlərdən istifadə edənlərin sayı artıb


Kənd Təsərrüfatı Nazirliyinin (KTN) göstərdiyi elektron xidmətlərdən istifadə edənlərin sayında artım qeydə alınıb. Bu barədə “ICTnews.az” xəbər xidmətinə sözügedən nazirlikdən məlumat verilib.
 
 KTN-dən bildirilib ki, əhali arasında e-xidmətlərlə bağlı aparılan maarifçilik tədbirləri, e-kənd təsərrüfatı istiqamətində görülən işlər, xidmətlərin elektronlaşdırılması ilə bağlı atılan addımlar öz faydasını verib.
 
Bununla belə, ölkədə internet infrastrukturunun genişləndirilməsi, internetin regionlara və eləcə də kənd yerlərinə qədər getməsi beynəlxalq “hörümçək toru”nun istifadəçilərinin sayını artırıb. Bu da öz növbəsində kənd təsərrüfatı sahəsində təqdim olunan elektron xidmətlərlə maraqlananların kəmiyyətinin tez bir zamanda  böyüməsinə səbəb olub.
 
 
Nazirlikdən qeyd edilib ki, may ayı ərzində 323 müraciət qeydə alınıb. Müraciətlərin  6-sı nazir Heydər Əsədov tərəfindən vətəndaşların regionlarda keçirilən qəbulunda iştirak etmək, 71-i yeni kənd təsərrüfatı texnikalarını almaq və lizinq yolu ilə satılmış kənd təsərrüfatı texnikalarının dəyərinə  tətbiq edilən güzəştlər üzrə elektron qeydiyyat, texnikalarda yaranmış nasazlıqlar, təmir üçün ehtiyat hissələrinin tapılması məsələləri, 34-ü arpa və yonca əkinləri üçün subsidiya sənədlərinin qəbul edilməsi, bələdiyyə mülkiyyətindən icarəyə götürülmüş sahələrdə əkilmiş arpa və yonca sahələri üçün subsidiya sənədləşməsi, Bakı şəhərinin müxtəlif yerlərində yarmarkaların yenidən açılması ilə bağlı təkliflər, 6-sı dövlət qulluğuna qəbul və işlə təmin olunma, 2-si lisenziya verilməsi barədə olub.
 
Hər bir müraciətə nazirliyin müvafiq strukturları tərəfindən baxılmış, qaldırılan məsələlər öz müsbət həllini tapıb və məzmununa uyğun olaraq informasiya-məsləhət xidməti göstərilib.
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL