waplog

Avropa Bank Assosiasiyası Aİ ölkələrini internet ödənişlərinin təhlükəsizliyini təmin etməyə çağırır



Böyük Britaniya, Slovakiya və Estoniya Avropa Bank Assosiasiyasının onlayn tranzaksiyaların mühafizəsi ilə bağlı tələblərini yerinə yetirə bilməyəcəyini bəyan edib. Belə ki, bu dövlətlərin rəhbərliyi milli qanunvericiliyi assosiasiyanın təklif etdiyi internet ödənişlərin təhlükəsizlik normalarına uyğunlaşdıra bilməyəcək. 



Kipr və İsveç assosiasiyanın tələbini qismən yerinə yetirə biləcək.
 
Digər ölkələr cari ilin avqustun 1-dən etibarən qüvvəyə minəcək tələblərə əməl etməyə hazırdır.
 
Avropa Bank Assosiasiyasının təlimatında Avropa İttifaqında (Aİ) ödəniş xidməti tədarükçüləri üçün əsas təhlükəsizlik prinsipləri qeyd olunub. Bu normalar Aİ istehlakçılarını internetdə ödəniş fırıldaqçılığından qorumaq üçün lazımdır. Sənəd təhlükəsizlik sahəsində 2018-2019-cu illərdə baş verəcək geniş dəyişikliklər ərəfəsində aralıq keçid mərhələsidir.
 
Böyük Britaniya assosiasiyanın tələblərinə cavab verə bilməyəcək, çünki qanunvericiliyə dəyişikliklər etmədən bütün yerli ödəniş xidməti tədarükçülərini bu və ya digər normaları yerinə yetirməyə məcbur edə bilməz. Bununla belə, Maliyyə Nəzarəti İdarəsi işdə assosiasiyanın təlimatında göstərilən əsas normaları nəzərə almağa hazır olmasını bəyan edərək ödəniş provayderlərinə tranzaksiyaların təhlükəsizliyinə görə onların məsuliyyət daşımasını xatırladıb.  
 
Slovakiya və Estoniya da bəyan edib ki, mövcud qanunvericilik onlara bu tələbləri tətbiq etməyə imkan vermir.
 
İsveç və Kipr yerinə yetirə bilməyəcəkləri konkret normaları açıqlayıb, - "Payspacemagazine”  yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL