waplog

“UltraHD” formatında videozəng


“TrueConf” şirkəti “UltraHD” formatında videozənglər sistemini  potensial istifadəçilərə nümayiş edib.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, “TrueConf”da hesab edirlər ki, gələn il “UltraHD” videokonfrans rabitəsi qiymətinə görə “FullHD”-lə eyni səviyyədə olacaq.
 
“Bu gün 4K videozəngləri sadəcə proqramlı videokonfrans rabitəsinin  imkanlarının nümayişidir. Onlar 2016-cı ildə  praktik istifadələrini tapacaqlar. Həmin vaxt  beşinci nəsil “İntel” prosessorları ilə təchiz edilmiş daha güclü fərdi kompüterlər, əlçatımlı 4K videokameralar, VP9 və H.265 kodeklərinin aparat dəstəyi təqdim ediləcək”, - deyə “TrueConf” rəhbəri Mixail Qotalskiy bildirib.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL