waplog

Mingəçevirdə müasir poçt şöbəsi istifadəyə verilib


Yarışlar keçirilən idman arenalarında səyyar poçt xidmətləri göstərilir
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəmizdə keçirilən  "Bakı-2015" Avropa Oyunlarının informasiya və telekommunikasiya xidmətləri ilə fasiləsiz təmin olunması üçün tədbirlər həyata keçirir. Hazırda Atletlər kəndində bütün otaqların fasiləsiz və keyfiyyətli internet və televiziya xidmətləri ilə təmin edilməsi ilə yanaşı, idmançıların  poçt xidmətlərindən istifadəsi üçün müasir tələblərə cavab verən poçt şöbəsi fəaliyyətdədir.
 
Burada şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidmətlərindən istifadə üçün müasir taksofon aparatları da qurulub.

     “Azərpoçt” MMC  tərəfindən avarçəkmə yarışlarının keçirildiyi Mingəçevirdəki “Kür İdman Mərkəzi”ndə də yeni ən müasir poçt şöbəsi istifadəyə verib. Poçt şöbəsində idmançılara bütün poçt xidmətləri göstərilməsinə imkan var. Şöbə müasir avadanlıq və mebellərlə təmin edilib.
 
Qeyd edək ki, “Azərpoçt” MMC tərəfindən bu dəqiqələrdə əvvəlcədən təsdiqlənən qrafikə uyğun olaraq bütün idman arenalarında  mobil avtomobillər vasitəsilə səyyar poçt xidmətləri göstərilir.
 
RƏVAN



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL