waplog

Böyük Britaniyada planşetdən istifadə edən ailələrin sayı 54 faizədək yüksəlib


Beş il ərzində planşetlər bazarda öz yerini tutmağa müvəffəq olub. Sadəcə, qeyd etmək kifayətdir ki, hətta 3-4 yaşlı on uşaqdan biri planşetdən istifadə edir.
 
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, 2010-cu ildə “Apple iPad” planşeti ilk dəfə istifadəyə verildikdən sonra “Amazon Fire”, “Samsung Galaxy Tab” və “Google Nexus” kimi rəqiblər peyda oldu.
 
Bu kateqoriyaya məxsus qurğuların geniş yayılması insanların internetdə naviqasiyaya, həmçinin televiziya proqramları və filmlərə baxışa yanaşmasını tamamilə dəyişib.
 
Qeyd edək ki, “Ofcom” media tənzimləyicisinin məlumatına əsasən, 2011-2015-ci illərdə Böyük Britaniyada planşetdən istifadə edən ailələrin sayı 2-dən 54 faizədək yüksəlib.
 
“Mail & Guardian” resursu tərəfindən dərc edilmiş "The tablet explodes: Old and young charge towards tech" yazıda planşet cihazların yayılmasında yaş amili nəzərdən keçirilib.
 
34-54 yaşlı istifadəçi auditoriyası arasında planşetdən daha çox istifadə edilir. Bu yaş qrupuna aid nümayəndələrin təxminən 66 faizi planşetə sahibdir. 2011-ci ildə bu yaş qrupunun yalnız 2 faizi planşetə sahib olub.
 
Yüksək texnologiyalar sahəsinin azyaşlı istifadəçilərinin 11 faizi planşet kompüterlərdən istifadə edir.
 
Bununla belə, uşaqlar internetə çıxış üçün daha çox noutbuklardan istifadə edir.
 
Emil Hüseynov
 

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL