waplog

“CERN” və “Google” Böyük Adron Kollayderi üzrə onlayn ekskursiyanı istifadəyə verib


Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) "Google" şirkəti ilə birlikdə öz laboratoriyaları üzrə onlayn ekskursiyanı istifadəyə verib. Bu barədə şirkətin saytında deyilir.

"Google Maps" və "Google Street View" layihələri çərçivəsində istifadəçilər Fransa-İsveçrə sərhədində Cenevrə yaxınlığında yerləşən Mern şəhərindən başlayan virtual səyahətə yola düşə bilərlər.
Resurs şəhərin küçələri ilə hərəkət edərək Mernin görməli yerlərini, o cümlədən məşhur fiziklərin şərəfinə adlandırılan küçələri, idarəetmə mərkəzini müxtəlif mövqelərdən seyr etməyə imkan verir.
İstifadəçilər həmçinin proton sinxrotrona (hissəciklərin Böyük Adron Kollayderinə daxil olmazdan əvvəl 450 giqaelektronvolt sürətinədək enerji toplayan sürətləndirici) baxmaq təklif olunur.

"CERN" və "Google" şirkəti "Google Maps" layihəsi çərçivəsində əməkdaşlığa 2010-cu ildə başlayıb, 2013-cü ildə Böyük Adron Kollayderinin və onun dörd əsas detektorunun (ALICE, ATLAS, CMS və LHCb) təsvirləri əldə olunub.

"Google" şirkəti "CERN" üçün "Google Street View" çərçivəsində xüsusi səhifə yaradıb.

Qeyd edək ki, vəzifəsi Hiqqs bozonunun axtarışından ibarət olan Böyük Adron Kollayderi – yüksək enerjili elementar hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar) sürətləndirilməsi, yığılması və toqquşması üçün nəzərdə tutulmuş dünyanın ən iri qurğusudur. 
      
Qurğu "CERN" rəhbərliyi ilə İsveçrə və Fransa sərhədində Cenevrə şəhərində inşa olunub, - "Lenta" yazır. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL