waplog

Bankların köhnələn İT sistemləri təhlükə törədir


Son vaxtlar dünyanın əksər nəhəng bankları informasiya sistemlərində artıq yüklənmə ilə üzləşir ki, bunun da səbəbi sistemlərin köhnəlməsidir. Məhz bu səbəbdən tez-tez texniki fasilələr baş verir və sistemdən istifadənin mümkünsüzlüyü vaxtı artır.
 
Məsələn, ötən həftə Britaniyanın "Royal Bank of Scotland” və Avstraliyanın "Commonwealth Bank” bankları çətinliklərlə üzləşib.
 
“Celent” şirkətinin məlumatına görə, 2014-cü ildə banklar informasiya texnologiyalarına (İT) 188 milyard dollar, o cümlədən 70,3 milyard dollar Asiya-Sakit okean regionunda, 64,3 milyard dollar Avropada və 62,2 milyard dollar Şimali Amerikada xərclənib. Proqnozlara görə, cari ildə investisiya qoyuluşları 5 faiz artacaq.
 
Lakin problem təkcə investisiya çatışmazlığında deyil. Bir neçə il aktiv fəaliyyətdən sonra bankların İT sistemləri köhnəlir ki, bu da bütün prosesləri çətinləşdirir və onlara xidmət və dəstəklənmə xərclərini artırır.
 
İT sistemlərin texniki problemlərinə pis düşünülmüş sistem strukturu, eləcə də düşünülməmiş proqram təminatı arxitekturası daxildir. Bu, onunla nəticələnə bilər ki, bir səhv bütün sistemi dayandırar.
 
“Celent”in məlumatına görə, köhnəlmiş sistemlərin dəstəklənməsinə xərclər hazırda bankların İT xərclərinin dörddə üç hissəsini təşkil edir. Beləliklə, kapital qoyuluşlarının dörddə biri innovasiyalara yönəldilir, - "Payspacemagazine yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL