waplog

Azərbaycanda kosmik sənayenin inkişaf vəziyyəti və prioritetlər istiqamətində müzakirələr aparılıb


Dünya şöhrətli fizik, fizika-riyaziyyat elmləri doktoru, SSRİ Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının akademiki Roald Zinnuroviç Saqdeyevə Azərbaycan Mühəndislik Akademiyasının (AMA) qızıl medalı təqdim edilib.

 
 Bununla bağlı bu gün AMA-da təqdimetmə mərasimi keçirilib.
 
Tədbirdə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, maliyyə naziri Samir Şərifov, müdafiə sənayesi naziri Yavər Camalov, AMEA prezidenti Akif Əlizadə, Azərbaycan Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov ,AMEA-nin İnformasiya Texnologiyaları  İnstitutunun direktoru Rasim Əliquliyev və digər yüksəkvəzifəli şəxslər iştirak edib.
 
 
AMA-nın prezidenti, akademik Arif Paşayev Azərbaycanda kosmik sənayenin inkişafı istiqamətində görülən işlərdən danışaraq Roald Saqdeyevin bu sahəyə verdiyi töhfələri xüsusi ilə qeyd edib.

A.Paşayev Roald Saqdeyevin xidmətlərinin Azərbaycanda yüksək qiymətləndirildiyini və qızıl medalın bu xidmətlərə verilən dəyərin təzahürü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
 
 
Roald Saqdeyev öz növbəsində göstərilən diqqətə görə təşəkkürünü bildirərək Azərbaycanda kosmik fəaliyyətin uğurla həyata keçirildiyini qeyd edib.

O, "Azərkosmos"un uğurlu layihə olaraq bir modelə çevrildiyini qeyd edərək Azərbaycanın dünyanın kosmik ölkələri sırasında əhəmiyyətini qeyd edib. Ölkəmizin telekommunikasiya peykinin verdiyi üstünlükləri qeyd edən Roald Saqdeyev bundan sonra da Azərbaycan xalqı üçün hər zaman əlindən gələn köməkliyi etməyə hazır olduğunu söyləyib.
 
 
Sonra "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev ASC-nin fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ilə çıxış edib.
 
 Bundan sonra tədbir iştirakçıları Azərbaycanda  kosmik sənayenin inkişaf vəziyyəti və prioritetlər istiqamətində müzakirələr aparılıb

 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL