waplog

“Cisco” şəbəkə videoinfrastrukturu bazarının lideridir


“Synergy Research Group” analitik şirkəti video və televiziya siqnalının  qəbulu və translyasiyası üçün nəzərdə tutulmuş qlobal şəbəkə infrastrukturu bazarının tədqiqatı üzrə bəzi nəticələrini təqdim edib. “Cisco” şirkəti belə həllərin ən böyük istehsalçısı olaraq qalır.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin qiymətləndirməsinə əsasən, 2015-ci ilin birinci rübündə qlobal miqyasda videoinfrastrukturun satış həcmi 7 faiz yüksələrək 10 milyard dolları ötüb. Avadanlıq və proqram təminatı seqmentlərində artım müvafiq olaraq 10 və 17 faiz təşkil edib.

Müştəri məhsulu sektorunda satış həcmi üzrə ən böyük artım multimedia məzmununun axınlı yayım qurğularında qeydə alınıb. Bu tip qurğulara, məsələn, TV əlavə aiddir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL