waplog

Əməyin mühafizəsində İKT-nin tətbiqi genişlənir


Bütün dünyada olduğu kimi, Azərbaycanda da əməyin mühafizəsi istiqamətində informasiya-kommunikasiya texnologiyalarından istifadə genişlənir.

Artıq bununla bağlı ölkədə müsbət nəticələr əldə olunub. İKT-nin  geniş tətbiqi ilə  əməyin mühafizəsindəki qeyri-qanuni halların tez bir zamanda üzə çıxarılmasına və aradan qaldırılmasına imkan yaradılır.
 
 
Ölkədə əməyin mühafizəsindəki durumla bağlı açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bildirib ki, bu gün Azərbaycanda əməyin mühafizəsinə yönələn dövlət nəzarətində prinsipial yanaşma iş yerlərində maksimal təhlükəsiz texnoloji fəaliyyətin təmin edilməsi, işçilərin peşə əmək qabiliyyətinin qorunması və peşə risklərinin idarə olunması üçün önləyici tədbirlər sisteminin tətbiqini nəzərdə tutur.
 
 Onun sözlərinə görə, peşə risklərinin idarə olunmasında istehsalat faktorlarının insan orqanizminə vurduğu zərərli təsirin minimuma endirilməsinə nail olmaq məqsədilə bir sıra təşkilatı-hüquqi, texnoloji, sosial, tibbi və sanitar-gigiyenik tədbirlərin həyata keçirilməsi tələb olunur:
 
 “Əməyin mühafizəsi, işçi insanın həyat və sağlamlığının qorunması iqtisadi əhəmiyyəti ilə yanaşı, ilk növbədə sosial baxımdan xüsusi aktuallıq kəsb edən məsələdir. Xüsusən bu gün Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının mərkəzində məhz insan faktorunun, hər bir vətəndaşın layiqli yaşayış və layiqli iş yeri ilə təmin olunması prinsipinin dayanması işçi insan amilinin, onun həyat və sağlamlığının mühafizəsinin də ön plana çıxmasını şərtləndirir. Yəni ölkədə aparılan siyasət işçinin iş prosesində həyat və sağlamlığının qorunması amilinin onun çalışdığı müəssisənin  iqtisadi mənafeyindən üstün tutulmasını nəzərdə tutur”.
 
 
O qeyd edib ki, sovet dönəmində əməyin mühafizəsi sahəsində idarəetmə sistemi istehsalatda baş vermiş bədbəxt hadisələrin və peşə xəstəliklərinin baş vermə səbəblərinin araşdırılması zamanı daha çox bu hadisələrin törətdiyi ağır nəticələrə görə tədbirlərin həyata keçirilməsinə,  dəymiş zərərin əvəzinin ödənilməsi, kompensasiya xarakterli işlərin yerinə yetirilməsi kimi işlərin görülməsinə yönəlmişdi:
 
 “Ancaq müasir dünya təcrübəsində mütərəqqi yanaşma kimi iş yerlərinin sağlamlaşdırılması üçün önləyici tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Seulda (2008-ci il), İstanbulda (2011-ci il) və Frankfurtda (2014-cü il) keçirilmiş Əməyin Mühafizəsi üzrə Ümumdünya konqreslərində də iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında əməyin mühafizəsi üzrə önləyici tədbirlərin həyata keçirilməsinə önəm verilməsi zərurəti vurğulanıb”.
 
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL