waplog

Böyük Britaniyada kontaktsız sistemlərlə həyata keçirilən ödənişlərin həcmi 319 milyon təşkil edir


Böyük Britaniyada kontaktsız sistemlərin köməyi ilə həyata keçirilən ödənişlərin həcmi bir ildə 3 dəfədən çox artaraq 319 milyona yaxınlaşıb. İyulda ölkədə “Apple Pay” ödəmə sistemi işləməyə başlayacaq.

Eyni zamanda Britaniyanın “Barclaycard” şirkəti artıq kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş, dəyəri 40 dollar olan “bPay” adlı qolbaqlar istehsal edir. Lakin “Apple Watch” smart saatlarından fərqli olaraq, “bPay” qolbaqları yalnız bu funksiyanı yerinə yetirir. “BPay” sistemi “Visa” və “MasterCard” kartları ilə işləyir və Böyük Britaniyada 300 mindən çox məntəqədə “bPay” dəstəkli terminallar quraşdırılıb.


"ICTnews" elektron xəbər xidməti “computerworld.ru” saytına istinadən bildirir ki, “Android Wear” platforması ilə işləyən saat və başqa qurğular, həmçinin kontaktsız ödəmə sistemləri ilə işləyir. Ancaq “Google” və “Samsung Electronics” hələ ki “Android Pay” və “Samsung Pay” ödəmə sistemlərinin dəstəyini yalnız smartfonlarda reallaşdırıblar.


Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL