waplog

BDU yüksək texnologiyalar istiqamətində araşdırmalar aparmaq üçün ən müasir avadanlıqlar alıb


Bakı Dövlət Universiteti Yaponiyanın İKT avadanlığı istehsalçısı olan Tokio-Boeki şirkətindən yüksək texnologiyalar istiqamətində istifadə olunan avadanlıqlar alıb.
 
 Universitet tərəfindən bu şirkətin ümumi dəyəri 1200000,0 dollar civarında yüksək ayrıdetmə qabiliyyətinə malik skanedici elektron mikroskopu və stolüstü rentgen difraktometri alınıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bununla bağlı bu gün BDU rektoru, akademik Abel Məhərrəmovla Yaponiyanın “Tokio-Boeki” şirkətinin prezidenti Keiji Takigava və  Ukrayna ofisinin icraedici direktoru Aleksey Şpakı arasında keçirilən görüşdə məlumat verilib.
 
Görüşdə universitet və “Tokio Boeki” şirkətinin əməkdaşlığından bəhs edilib və universitetdə yeni yaradılan Yüksək Texnologiyalar Mərkəzi üçün yeni avadanlıqlar alması istiqamətində danışıqlar aparılıb.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL