waplog

Kosmik Məsələlər üzrə Şuranın sədri akademik Arif Paşayev və görkəmli fizik Roald Zinnuroviç Saqdeyev “Azərkosmos” ASC-yə səfər edib


Kosmik Məsələlər üzrə Şuranın sədri və Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev və SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun uzun illər direktoru olmuş və hazırda ABŞ-ın Merilənd Universitetinin professoru, akademik Roald Zinnuroviç Saqdeyev “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə (ƏYPİM) səfər edib.
 
 
Görüş zamanı akademiklərə “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər, ƏYPİM-in fəaliyyəti və şirkətdəki kadr hazırlığı barədə geniş məlumat verilib.
 
Qafqazın ilk peyk operatoru olan “Azərkosmos”un formalaşmasında, eləcə də ölkəmizdə kosmik proqramın inkişafı sahəsində dəyərli rolu olmuş akademik Arif Paşayev “Azərkosmos”un fəaliyyətindən məmnun olduğunu qeyd edib və şirkətin gələcək fəaliyyətinə dair tövsiyələrini bildirib.
 
Akademik Saqdeyev də göstərilən diqqətə görə təşəkkürünü bildirərək Azərbaycanda kosmik fəaliyyətin uğurla həyata keçirildiyini  və bu sahədə kifayət qədər ixtisaslı kadrların hazırlandığını qeyd edib.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL