waplog

“OLED” televizorların satış həcmi yeddi dəfədən çox yüksəlib


“DisplaySearch” tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2015-ci ilin birinci rübündə dünyada 35,2 min “OLED” texnologiyalı televizor satılıb. Bu, ötənilki göstəricini (4.6 milyon) yeddi dəfə ötür.
 
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Korea IT Times” nəşri yazır ki, informasiya və rabitə irəliləyişi üzrə Cənubi Koreya institutu bu məlumatı dərc edib.
 
Ekspertlərin proqnozuna görə, cari ildə “OLED” televizorlar bazarının həcmi təxminən 400 min qurğu təşkil edəcək və 2019-cu ilədək belə modellərin satış həcmi 7 milyona yaxınlaşacaq.
 
Məlumata əsasən, hazırda “LG Electronics” şirkəti “OLED” televizor  bazarında liderdir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL