waplog

Ötən ay 137 minə yaxın namizəd imtahana buraxılış vərəqəsini “Elektron hökumət” portalı üzərindən əldə edib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) məxsus elektron xidmətin istifadə statistikasını təqdim edib.
 
Cari ilin iyun ayı ərzində komissiyanın “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” elektron xidmətindən 136784 dəfə istifadə olunub. 
 
Xidmətdən yararlanmaq üçün “Elektron hökumət” portalına (https://www.e-gov.az) daxil olub TQDK tərəfindən təqdim olunan xidmətlər arasından “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” xidmətini seçmək və daha sonra müvafiq məlumatları tamamlamaq lazım gəlir.
 
Qeyd edək ki, bu xidmətdən istifadə etmək üçün autentifikasiyadan keçmək tələb olunmur.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL