waplog

Prezident İtaliyada işgüzar səfərdədir


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Milan Expo 2015" Beynəlxalq sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak etmək üçün İtaliya Respublikasında işgüzar səfərdədir.


"Milan Expo 2015" sərgisi 2015-ci il mayın 1-dən oktyabrın 31-dək keçiriləcək. Sərgidə Azərbaycanın milli pavilyonu fəaliyyət göstərir.


Qeyd edək ki, Azərbaycan "Planeti qidalandırmaq, həyat üçün enerji" "Milan Expo 2015" sərgisində ölkənin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyini, yüksək texnologiyaların inkişafını tərənnüm edən xüsusi pavilyonla təmsil olunur.

1,7 milyon kvadratmetr ərazidə təşkil olunan "Milan Expo 2015" sərgisində 142 ölkə iştirak edir.
 
30 milyonadək ziyarətçinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan sərgidə məqsəd sağlam həyat və ekologiyaya, təhlükəsiz və sağlam qidalanmaya diqqət cəlb etməkdir.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL