waplog

Təlim atışı üçün ekzoskelet nümayiş olunub


ABŞ ordusu əsgərin əlində bərkidilmək üçün ekzoskelet hazırlayır. Robotlaşmış qurğu döyüş şəraitində silahdan açılan atəşin dəqiqliyini artırmağa kömək edəcək. Onun köməyi ilə hərbçilər həmçinin gənc əsgərlərin təlimini sürətləndirmək niyyətindədirlər.  
 
“MAXFAS” adlanan mexaniki əlin hazırlanması ilə ABŞ ordusunun elmi-tədqiqat laboratoriyası məşğuldur. Ekzoskelet tapançadan atəş zamanı əlin titrəməsini aradan qaldırmağa kömək edəcək ki, bu da hədəfi dəqiqliklə vurmağı artırmaq üçün vacibdir.
 
Laboratoriya mütəxəssisi Den Bahlenin sözlərinə görə, əsgərlər döyüş zamanı hədəfi tez nişan almağı və dəqiq atmağı bacarmalıdırlar. “MAXFAS” əlinin tətbiqi ilə təlimin keçirilməsi effektiv atış bacarığına adi məşqlərin tələb etdiyindən daha tez yiyələnməyə imkan verir.
 
“MAXFAS”ın yaradılmasına insult xəstəliyi keçirən insanların əllərinin hərəkətinin bərpası üçün robotlaşmış qurğu səbəb olub. Qurğu karbon lifdən hazırlandığına görə çox yüngüldür.
 
Qeyd olunur ki, əldə qeyri-ixtiyari titrəmə aşkar olunan zaman əsgərin əllərinin vəziyyətini korrektə edən mühərriklər aktivləşir. Sınaqlardan məlum olub ki, “MAXFAS” istifadəçiləri qurğudan istifadə etməyəndə də silahla əminliklə davranırlar, - "Hi-News” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL