waplog

Unikal barmaq izləri skaneri təqdim edilib


“Synaptics” biometrik autentifikasiya sistemləri tərtibatçısı barmaq izlərinin skan edilməsi üçün prinsipcə yeni məhsulun istifadəyə verilməsini açıqlayıb.

Texnologiyanın noutbuk və digər qurğularda tətbiqi planlaşdırılır. Barmaq izlərinin tanınması üçün spesifik ötürücü təkmilləşdirilmiş təhlükəsizlik sistemi sayəsində mobil ödənişlərin artımını stimullaşdıracaq.
 
Ötürücü barmaq izini skan etməyə, nəticələri saxlamağa və yeni skanın qurğunun yaddaşında olan nümunə ilə uyğunluğunu yoxlamağa imkan verir.
 
Bildirilir ki, ötürücünün yerləşmə spesifikliyi barmaq izlərini əvvəllər olduğundan daha etibarlı saxlamağa şərait yaradır. Yaddaşda biometrik informasiyanın tanınması və yerləşməsi ilə əlaqədar bütün informasiya qalan sistemdən ayrıca olur. Beləliklə, kibercinayətkarlar noutbuk və ya smartfona müdaxilə etsə, onlar barmaq izlərinə daxil ola bilməyəcəklər. Biomarkerlərin skan edilməsi və saxlanılması elektronikaya ziyan vura biləcək təhlükələrdən etibarlı qoruyur, -  “Payspacemagazine”

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL