waplog

Kitabxanada uşaqlar üçün elektron nəşrlər, “danışan kitablar”, internet oyunlarının yer aldığı “nağıl otağı” yaradılıb


Ağsu rayon Mərkəzi kitabxanasının uşaq şöbəsində “nağıl otağı” yaradılıb. Burada ənənəvi uşaq ədəbiyyatı ilə yanaşı, elektron nəşrlər, “danışan kitablar”, müxtəlif nağıl qəhrəmanlarını əks etdirən oyuncaqlar nümayiş etdirilir.
 
Uşaqların müxtəlif internet oyunları ilə məşğul olması üçün də şərait yaradılıb.
 
 Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, bundan başqa, “Sehrli dünya” və “Göy qurşağı” kimi uşaq jurnallarından bağça müəllimələri və kitabxanaçıların köməyi ilə ucadan oxular keçirilir. “Nağıl otağı”nda gələcəkdə intellektual oyunların, bilik yarışmalarının keçirilməsi də nəzərdə tutulub.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL