waplog

Elmmetriya və elektron elmin formalaşması problemləri araşdırılır


Elmmetriyanın və elektron elmin formalaşması problemləri istiqamətində AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) bir sıra elmi-tədqiqat işləri yerinə yetirilib.
 
Belə ki, həyata keçirilən tədqiqatlara "Elmi Problemlər Reyestri" əsasında elmin idarə olunması və elmi fəaliyyətin qiymətləndirilməsi məsələlərinin tədqiqi və yeni qiymətləndirilmə mexanizmlərinin işlənməsi, e-elmin mövcud vəziyyəti və inkişaf perspektivlərinin araşdırılması, e-vətəndaş elminin predmetinə aid aktual elmi-tədqiqat işlərinin təhlili və reallaşdırılması vasitələrinin işlənməsi, Azərbaycan elmi jurnallarının beynəlxalq elmi bazalarda təmsilçiliyi məsələlərinin araşdırılması və problemlərin həlli mexanizmlərinin işlənməsi və s. mövzular daxildir.
 
Bu haqda məlumat verən İTİ-nin 3 saylı şöbəsinin müdiri Təhmasib Fətəliyev qeyd edib ki, elmi araşdırmaların nəticəsi olaraq 2 ekspress-informasiya, 4 məqalə, 2 konfrans materialı hazırlanmış və dərc olunub.
 
İnstitutdan verilən məlumata görə, şöbənin elmi-innovasiya fəaliyyətinə dair məlumatları diqqətə çatdıran məruzəçi Prezident yanında Elmin İnkişafı Fondunun və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maliyyələşdirdiyi, eləcə də digər qrant layihələr çərçivəsində görülmüş işlər haqqında danışıb.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL