waplog

Qurğular insanların gözlər üzrə tanınması texnologiyalarına tələbatı artıracaq


Əvvəllər dövlət, hərbi və bank dairələrində istifadə olunan insanların gözün qüzehli qişası üzrə tanınması texnologiyaları hazırda smartfon və planşet istifadəçiləri tərəfindən mənimsənilməyə başlayıb. Məhz bu texnologiyalar insanları onların gözü üzrə identifikasiya etməyə imkan verən həllər bazarının artımının yeni hərəkətverici qüvvəsi olacaq.  
 
Gözün qüzehli qişası üzrə tanınma bu və ya digər insanın biometrik müəyyənləşdirilməsinin ən etibarlı üsullarından biridir, çünki qüzehli qişa hər bir insanda, o cümlədən əkizlərdə unikaldır.
 
“Tractica” şirkətinin proqnozlarına görə, 2015-ci ildə insanı gözün qüzehli qişası üzrə identifikasiya edə bilən qurğuların dünya üzrə tədarükü 7,9 milyon ədəd təşkil edəcək, 9 ildən sonra bazarın həcmi 24 faizlik ortaillik artım tempi ilə 262,8 milyon ədədə çatacaq. Bu həcmə həm ayrı-ayrı modullar, həm də onlardan istifadə edən mobil qurğular və digər avadanlıqlar daxildir.
 
“İnnovasiya və rəqabət gözün qüzehli qişası üzrə tanınmanı son 10 ildə ən yaxşı biometrik nümunələrdən birinə çevirib. O, yaxşı işləyən, lakin ucuz olan barmaq izlərinin tanınması texnologiyaları ilə rəqabət aparır”, - “Tractica” şirkətinin baş analitiki  Bob Lokhart bildirib, - "DailyComm yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL