waplog

Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmində 10,7 faiz artım qeydə alınıb


Dövlət Statistika Komitəsi cari ilin yanvar-iyun aylarında ölkədə göstərilmiş  informasiya və rabitə xidmətlərinin həcmini açıqlayıb.
 
Komitədən verilən məlumata görə, ilin əvvəlindən keçən altı ay ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 771,8 milyon manatlıq xidmət göstərib.
 
Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 10,7 faiz artıb.
 
Xidmətlərin 72,5 faizi əhaliyə göstərilib və əldə edilmiş gəlirin 80,0 faizi qeyri-dövlət sektorunun payına düşüb.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL