waplog

Azərbaycanda informasiya cəmiyyəti problemlərinin müxtəlif istiqamətləri üzrə elmi araşdırmalar aparılır


Azərbaycanda informasiya cəmiyyəti problemlərinin müxtəlif istiqamətləri üzrə elmi araşdırmalar aparılır.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) aparılan bu araşdırmalar e-dövlətin formalaşdırılması  və effektli idarə olunması üçün mexanizmlərin işlənməsi; İnternet mühitində iqtisadi münasibətlərin tənzimlənməsi və inkişaf perspektivləri; Viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi metodları və alqoritmlərinin işlənməsi; elektron dövlət mühitində dövlət sirrinin təmin olunması mexanizmlərinin işlənməsi; milli İnternetskopiya sisteminin işlənməsi; milli veb-fəzanın intellektual monitorinq sisteminin konseptual əsaslarının işlənməsi; elektron dövlətə məxsus veb-resurslarda sosial şəbəkələrin aşkarlanması və analizi üçün metod və alqoritmlərin işlənməsi; intellektual elektron dərsliklərin yaradılması üçün metod və alqoritmlərin işlənməsi və s. mövzuları əhatə edir.
 
 
İTİ-dən bildirilib ki, 17 saylı şöbə tərəfindən aparılan araşdırmaların 6 ayı üzrə hesabatı sektor müdiri Rasim Mahmudov təqdim edib.
 
 
Onun sözlərinə görə, ilin ilk yarısında şöbənin bir əməkdaşı dissertasiya işini müdafiə edib, bir nəfərin dissertasiya işi isə institutun elmi seminarında müzakirə olunub. 2015-ci ilin ötən dövrü ərzində şöbə əməkdaşları müxtəlif beynəlxalq və ölkə səviyyəli nüfuzlu elmi konfranslara 8 tezis təqdim ediblər.
 
Həmçinin şöbə əməkdaşlarının 10 elmi məqaləsi çap olunub ki, onlardan da 4-ü nüfuzlu xarici jurnallarda işıq üzü görüb. Hesabat dövründə şöbə əməkdaşları tərəfindən yerinə yetirilən 3 elmi qrant layihəsinin icrası uğurla başa çatdırılıb. İlin 6 ayı ərzində şöbə əməkdaşları elmi-təşkilati və elmi-praktiki işlərdə də fəallıq göstəriblər.
 
 
Eyni zamanda, informasiya cəmiyyəti ideyalarının, şöbədə əldə edilən elmi nəticələrin kütləvi informasiya vasitələrində təbliği istiqamətində də bir sıra işlər görülüb.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL