waplog

Cənubi Koreya şirkəti elastik ekran seqmentinə 1 milyard dollar yatırır


“LG” şirkəti gələcəyin smartfonlarını elastik qurğular kimi görür.

Koreya istehsalçısı bu yeniliyi reallığa çevirmək üçün təxminən 1 milyard dollar xərcləməyə hazırdır. “Wall Street Journal” qəzeti yazır ki, “LG Display” Cənubi Koreyada elastik ekranların istehsalı üzrə yeni zavodun tikintisini planlaşdırır.
 
“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, “LG” şirkəti iki ildə sözügedən layihəyə 907 milyon dollar sərmayə yatırmağa hazırlaşır.
 
Məlumat üçün bildirək ki, “LG Display” artıq elastik ekranların istehsalı təcrübəsinə malikdir. Şirkət cari ilin mayında 55 düymlük “OLED” ekran təqdim edib. Ekranların 22 düymlük versiyası 2014-cü ildə istehsal edilib.
 
“LG”-nin elastik ekranlarının isə 2017-ci ildə əlçatan olacağı gözlənilir.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL