waplog

Kabel televiziya operatorlarının qanunsuz fəaliyyəti müzakirə edilib


Azərbaycan Milli Televiziya və Radio Şurasında növbəti görüş keçirilib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, görüş Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi yayımçılarının rəhbərlərinin iştirakı ilə baş tutub.
 
Görüşdə kabel şəbəkəsi yayımı sahəsində olan mövcud vəziyyət  müzakirə olunub, eləcə də   yeni tikililərdə, hotellərdə qanunsuz kabel şəbəkəsi yayımına qarşı effektiv mübarizə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi qeyd edilib.
 
 
Tədbirdə kabel şəbəkəsi yayımçıları tərəfindən bir sıra hallarda  xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması, hər hansı hüquqi əsas olmadan xarici teleradio yayımçılarının qanunsuz retranslyasiyası hallarının da mövcudluğu xüsusi vurğulanıb.
 
 
Kabel şəbəkəsi yayımı sahəsində bəzi tənzimləmə məsələlərinə Milli Televiziya və Radio Şurasının növbəti iclasında baxılması qərara alınıb.
 
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL