waplog

Dünyanın ən zəngin insanı kimdir?


“Bloomberg” nəşrinin versiyasına görə, “Facebook” sosial şəbəkəsinin yaradıcısı və baş direktoru Mark Zukerberq dünyanın ən zəngin insanlarının reytinqində “IKEA” mebel mağazaları şəbəkəsinin yaradıcısı İnqvar Kampradı ötüb. İyulun 23-nə olan vəziyyətə görə, amerikalı iş adamının varidatı 42,5 milyard dollar məbləğində qiymətləndirilib.

“ICTnews” elektron xəbər xidməti “siliconrus.com” saytına istinadən bildirir ki, son ildə Mark Zukerberqin varidatı 8,6 milyard dollar yüksəlib. Eyni zamanda 89 yaşlı İnqvar Kamprad təxminən 2,8 milyard dollar məbləğində kasıblaşıb. Nəticədə sosial şəbəkənin yaradıcısı “Bloomberg” nəşrinin tərtib etdiyi reytinqdə İsveçin ən zəngin insanını ötərək 9-cu pilləyə yüksəlib.

Mark Zukerberqın varidatı 7-ci pillədə qərarlaşmış “Amazon” internet şirkətinin baş direktoru Ceff Bezosdan təxminən 1 milyard dollar azdır.

Uorren Baffettin varidatı nəşr tərəfindən 67 milyard dollar məbləğində qiymətləndirilib. 84,6 milyard dollar varidata malik “Microsoft”-un yaradıcısı Bill Qeyts reytinqə liderlik edir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL