waplog

Çin dünyanın ən böyük radioteleskopunu qurur


Çin dünyanın ən böyük teleskopunu quraşdırmağa başlayıb. Teleskop vasitəsi ilə ölkə erkən kainatı tədqiq etmək, eləcə də qalaktikadankənar həyat izlərinin axtarışını aparmaq niyyətindədir. Rəsədxananın 30 futbol meydançası boyda ərazidə yerləşəcəyi gözlənilir.   

Diametri 500 metr təşkil edəcək “FAST” (Aperture Spherical Radio Telescope) teleskopu bu göstərici üzrə Puerto-Rikoda yerləşən 305 metr diametrə malik Aresibo rəsədxanasını - dünyanın hazırkı ən böyük teleskopunu geridə qoyacaq.  

Perimetri 1,5 km təşkil edən qurğunun 5 km radiusunda şəhərlər yerləşmir. Rəsədxana təpələrlə əhatə olunan təbii çökəklikdə quraşdırılır ki, bu da “FAST”ın fəaliyyəti üçün müvafiq şərait yaradır.
Quyçjou əyalətində yerləşəcək radioteleskopun 4450 üçbucaqşəkilli panelinin quraşdırılmasına iyulun 23-də başlanılıb.

Tikintisinə 2011-ci ildə başlanan rəsədxanada işlərin 2016-cı ildə başa çatdırılması planlaşdırılır. Yeni teleskopun qiyməti 100 milyon dollar qiymətləndirilir, - “Lenta”  yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL