waplog

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təhsil müəssisələrinin İT təchizatını təkmilləşdirəcək


Azərbaycan Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ)   bir sıra təhsil müəssisələrinin İT təchizatını təkmilləşdirmək niyyətindədir.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, idarə Bakı və Sumqayıt şəhərlərində yerləşən 105 təhsil müəssisəsi üzrə mövcud lokal şəbəkənin bütün tədris və inzibati otaqları əhatə etməsi məqsədi ilə genişləndirilməsi və şəbəkə avadanlıqları ilə təmin edilməsi üçün avadanlıqlar almaq niyyətindədir.

Bundan başqa, Bakı və Lənkəran şəhərlərində yerləşən digər 21 təhsil müəssisəsində mövcud şəbəkə infrastrukturunun genişləndirilməsi və şəbəkə avadanlıqları ilə təmin edilməsi, TSİİ-də İP telefoniya və çağrı mərkəzi server avadanlıqlarının tərkib hissələrinin yenilənməsi və “Azərbaycan müəllimi” qəzetinin redaksiyasında İP telefoniya sisteminin qurulması nəzərdə tutulur.

Eyni zamanda, sözügedən qurum TSİİ ümumtəhsil müəssisələrinin pedaqoji və köməkçi heyətini əhatə edəcək təlimlər təşkil edəcək. Hazırda  bu sahədə xidmət göstərən şirkətlərlə danışıqlar aparılır.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL