waplog

“Navitel” şirkəti Azərbaycan xəritəsini yeniləyib


"Navitel" kartoqrafik servisin tərtibatçıları Yaxın Şərq, Qafqaz və Asiyanın 11 ölkəsinin xəritələrinin yeni "Q2 2015" versiyasını təqdim edib.  

"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, 11 ölkə arasında Azərbaycanla yanaşı, Vyetnam, Gürcüstan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Özbəkistan kimi ölkələri qeyd etmək olar.
Yeni xəritələr 3 753 104 kilometr yol qrafından, 6 807 577 POI-dən, 769 285 şəhər və yaşayış məntəqəsindən, onların 36 439-u isə ünvan axtarışından və küçə-yol şəbəkəsindən ibarətdir.

Azərbaycan xəritəsinə standart dəstlə yanaşı yüksək diqqət tələb edən yerlər haqda xəbərdarlıq edən "SPEEDCAM" aktual baza əlavə edilib.

Qeyd edilən ölkələrin xəritələrinə ünvan axtarışı ilə təmin edilmiş şəhərlərin və yaşayış məntəqələrinin sənaye infrastrukturu daxil edilib.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL