Teleqüllədə intellektual ünvanlı yanğından mühafizə siqnalizasiya sistemi quraşdırılıb
Bakı Teleqüllə Kompleksində “İntellektual ünvanlı yanğından mühafizə siqnalizasiya” sistemi işə salınıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyindən verilən məlumata görə, sistemdə 764 ədəd tüstüdən optik-elektron intellektual yanğın söndürmə xəbərverici quraşdırılıb.
Kompleks -26 səviyyəsindən +70 səviyyəsinə qədər əlavə 64 ədəd görüntü kameraları ilə təchiz edilib.
Bundan əlavə, 20 ədəd müxtəlif növlü odsöndürən balon və 32 ədəd tam komplektli bir qapılı şkaf alınaraq kompleksin mərtəbələrində su kranları olan yerlərdə quraşdırılıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL