waplog

Bu il “4K” televizorların tədarükü 147 faiz artacaq


"Futuresource Consulting” analitik şirkətinin proqnozuna görə, 2015-ci ildə TV qurğuların ümumi satış həcminin 2014-cü illə müqayisədə 2 faiz azalmasına baxmayaraq “4K” formatlı televizorların tədarük həcmi 147 faiz artaraq 30 milyon ədədi ötəcək.
 
Ötən il dünyada televizorların satışı 3 faiz artıb və natural ifadədə 235 milyon ədəd, pul ifadəsində 94 milyard dollar təşkil edib. Dünyanın müxtəlif ölkələrində vəziyyət fərqli olub. Belə ki, Avropa, Cənubi Amerika kimi regionlarda artım müşahidə olunduğu halda digərlərində - Asiya-Sakit okean və Avstraliya və digər yaxın adaların daxil olduğu regionda azalma qeydə alınıb.

Mütəxəssislərin qənaətinə görə, bu il dünyada televizorların satışı pul ifadəsində 3 faiz azalaraq 91 milyard dollar olacaq. Azalma Çin bazarının zəifliyi və Rusiyada iqtisadi çətinliklərlə əlaqədardır. Bundan başqa, əksər Avropa ölkələrində vəziyyət qeyri-sabit olaraq qalır ki, bu da tələbatın artmasına mane olacaq.
 
Bununla belə, iriölçülü televizorlar, “4K” modellər və bükük ekranlı qurğular kateqoriyasında mütəxəssislər müsbət dinamika proqnozlaşdırır. “Smart TV” bazarında gözlənildiyi kimi olmasa da, artım gözlənilir.

Bildirilir ki, gələcəkdə artım bütün bazara sirayət edəcək. “Futuresource Consulting” analitiki Cek Vezerillin sözlərinə görə, yaxın illərdə istehlakçılar televizorları aktiv şəkildə yeniləməyə başlayaraq böyük ekranlı və "UltraHD” və ya “4K” standartlı modellər almağa başlayacaqlar, - "DailyComm”  yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL