waplog

“iPhone” sahiblərinin 42 faizi “Apple Pay” ödəmə xidmətindən istifadə edir


"The Auriemma Consulting Group"-un sorğusunun nəticələrinə əsasən, ABŞ-da "iPhone 6" sahiblərinin 42 faizi "Apple Pay" ödəmə xidmətindən istifadə edir. Xidmətin işə salınması anından ötən üç gündə istifadəçilər sistemdə milyondan çox kredit kartı qeydiyyatdan keçirib.
 
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, tədqiqat zamanı 500 amerikalı "iPhone 6" istifadəçisinin rəyi soruşulub.
 
Məlum olub ki, "alma" smartfonlarının sahibləri "Apple Pay" ödəmə xidmətindən aktiv istifadə edir. Ödəmə xidmətindən istifadə edənlərin 84 faizi üç və daha çox tranzaksiya əməliyyatı edib, respondentlərin 76 faizi deyib ki, mobil proqramlarda məhsulların ödənişi üçün "Apple Pay" xidmətindən istifadə edirlər.
 
Rəyi soruşulanların 51 faizi bildirib ki, "Apple Pay" ödəmə xidməti işə salındıqdan sonra onlar nağd pul vasitələri daxil olmaqla az hallarda başqa ödəniş metodlarından istifadəyə başlayıblar.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL