waplog

“IBM” əməkdaşlarını “Lenovo” kompüterlərindən “Apple”-ə keçirir


Dünyanın aparıcı İT şirkətlərindən biri olan “IBM” şirkəti ildə 200 minədək “Makintoş” alır.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, bu günlərdə məlum olub ki, “IBM”-in əməkdaşları Amerika şirkətlərinin korporativ bazarda əməkdaşlığı çərçivəsində tədricən “Apple” kompüterlərinə keçirlər.
“MacRumors” portalı  “IBM”-in İT direktoru Jef Smitin “Apple” şirkətindəki həmkarı Nil O’Konnor  ilə görüşü haqda bəhs etdiyi videoçarxı təqdim edib. Görüşdə şirkətlər “Mac” qurğuların korporativ satınalmaları məsələlərini müzakirə ediblər.

“Mən, “Mac”-dan istifadə edə bilən hər bir əməkdaşın onu əldə edə bilməsini istəyirdim. Bunun üçün biz bu qurğuların ümumi dəyərinin fərdi kompüter səviyyəsinə və ya daha aşağı qiymətə azalmasının yolunu tapmalı idik. Siz mənə bunda kömək edə bilərsiniz, çünki bu qurğular ilə yaxşı tanışsınız”, - deyə Smit O’Konnora bildirib.

İki həftə sonra şirkətlər “IBM”-in ofisində müqavilə imzalayıblar.

Bu ilin may ayında “IBM” rəhbərliyi əməkdaşlarına “MacBook Pro/Air” və “Windows” və ya  “Linux” üzərində işləyən fərdi kompüterlər arasında seçim etməyi təklif edib. Bunun nəticəsində məlum olub ki, “IBM”-in 15 min əməkdaşı “Makintoş” istifadəçisidir, ilin sonunadək isə onların sayını 50 minədək artırmaq planlaşdırılır.
Jef Smit həmçinin bildirib ki, “IBM”-də işləyən 50%-dən 75%-dək  insan “Lenovo ThinkPad” qurğularlını “MacBook”-a dəyişdirə bilərlər. Bu ilin iyun ayının sonuna olan məlumata əsasən, “IBM”-in ştatında 380 minədək insan olub.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL