waplog

4 ilə dünyada mobil bankçılıq xidmətindən istifadə edənlərin sayı iki dəfə artacaq


“KPMG” şirkətinin tədqiqatına görə, 2019-cu ilədək dünya mobil bankçılıq xidmətindən istifadə edənlərin sayı iki dəfə artaraq 1,8 milyard nəfərə çatacaq.
 
Bildirilir ki, mobil bankçılıq dünya əhalisinin 25 faizini əhatə edəcək. Tədqiqatdan həmçinin məlum olub ki, hazırda mobil kanal bank tranzaksiyalarının sayına görə ən tələb olunandır.
 
Ekspertlərin fikrincə, mobil bankçılığın inkişafı üzrə dəqiq strategiyaya malik olmayan maliyyə müəssisələri müştəriləri itirəcək və pərakəndə satış imkanını əldən verəcək. Bundan başqa, belə banklar rəqabət üstünlüklərini itirə bilər.
 
Mobil bankçılığın inkişafının üstünlüklərindən yararlanmaq üçün maliyyə müəssisələri müştərilərə fərdi dəstək, eləcə də məlumatların “bulud” saxlancı daxil olmaqla xüsusi funksiyalar təklif etməlidir.
 
Ekspertlər qeyd edir ki, banklar daşınan və əlavə reallıq qurğuları kimi yeni mobil texnologiyalara investisiyalar yatırmalıdır. Çünki hazırda onlar üzərində aktiv iş aparılır və bazarda belə qurğuların sayı durmadan artır, - "Payspacemagazine”  yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL