waplog

Azərbaycanda elektron qaydada qeydiyyatdan keçirilən mobil cihazların sayı artıb


Elektron qaydada qeydiyyatdan keçirilən mobil cihazların sayı artıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin açıqladığı statistikaya əsasən, iyul ayında “Elektron hökumət” portalı vasitəsi ilə “Mobil cihazların qeydiyyatdan keçirilməsi” elektron xidmətindən 41529 dəfə istifadə olunub.
 
İyun ayı ilə müqayisədə iyulda sözügedən e-xidmətdən istifadə sayında 12350 ədəd artım qeydə alınıb.
 
 “Mobil cihazların qeydiyyatdan keçirilməsi” e-xidməti vətəndaşlara xarici ölkələrdən aldıqları mobil cihazları asan şəkildə qeydiyyatdan keçirmək və onlayn ödəniş etmək imkanını verir.
 
CAHANGİR

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL