waplog

Xərçəng xəstəliyini aşkar edən sensor hazırlanır


Xərçəng dinamik xəstəlikdir, amma həkimlər bu xəstəliyin mərhələlərini əvvəlki kimi statik təsvirlər üzrə izləyirlər. “TicTac” ölçüsündə yeni implantasiya edilən sensor bu istiqamət üzrə aparılan işləri dəyişməlidir.
 
Massaçusets Texnologiya Universitetinin nəzdində olan institutun mütəxəssisləri tərəfindən hazırlanmış sensor həkimlərə adi alətlərin tətbiqindən əvvəl xərçəng şişinin ölçüsündəki dəyişikliyi aşkar etməyə imkan verir.
 
 
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, biz qarşımıza elə bir qurğu yaratmağı məqsəd qoyduq ki, xərçəng şişindəki dəyişikliklər haqda məlumat verə bilsin.
 
Xərçəng şişinin kiçildilməsini görməkdən ötrü daha aylarla gözləməyə ehtiyac yoxdur. Müalicənin düzgün istiqamətdə aparıldığını bilmək üçün ilkin məlumatları əldə etmək kifayətdir” – Massaçusets Texnologiya İnstitutunda işləyən tədqiqatın baş müəllifi Maykl Çima deyib.
 
Hələ ki qurğu yalnız siçovullar üzərində sınadan keçirilib. Belə sensorun insanın orqanizmində uzun müddət üçün tətbiqinin nə qədər təhlükəsiz olduğunu bilmək üçün əlavə tədqiqatlar tələb olunur.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL