waplog

Polşaya rəqəmli pulla bilet satın almaq mümkün olacaq


Polşanın “LOT” aviaşirkəti sərnişinlərinə kriptovalyuta ilə ödəniş etməyi təklif etmiş ilk yük təyyarələrindən biri olub. Beləliklə, kriptovalyuta (bitkoin) ilə ödəniş etməklə Polşanın “LOT” hava yollarının istənilən reysinə bilet satın almaq olar.
 
"ICTnews" elektron xəbər xidməti “payspacemagazine.com” saytına istinadən bildirir ki, bileti “lot.com” aviaşirkətinin saytından, həmçinin mobil proqram vasitəsilə satın almaq olar. Şirkət ödənişin təhlükəsizlik və rahatlığına zəmanət verir.
 
“Bizim tətbiq etdiyimiz innovasiyalar nəticəsində müştərilərimizin səyahəti yalnız təyyarənin bortunda deyil, həm də səyahətin planlaşdırılması zamanı – biletin satın alınması mərhələsində daha əlverişli olur" – “LOT” aviaşirkətinin satış üzrə icraçı direktoru İrji Marek bildirib.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL