waplog

Azərbaycan beynəlxalq radiotezlik çeşidinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsində təmsil olunacaq


Sentyabrın 7-11-də Moskvada Regional Rabitə Birliyinin radiotezlik çeşidinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə komissiyasının və bu il keçiriləcək Ümumdünya radiorabitə konfransına hazırlıq üzrə işçi qrupunun iclaslarının keçirilməsi nəzərdə tutulur.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə Azərbaycan Rabitə və Yüksək  Texnologiyalar Nazirliyini infrastrukturun inkişafı şöbəsinin baş mütəxəssisi və Regional Rabitə Birliyinin radiotezlik çeşidinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə komissiyasının sədr müavinlərindən biri olan Qulam Abdullayev təmsil edəcək.
 
Sentyabrın 7-10-dək 2015-ci ildə  keçiriləcək Ümumdünya radiorabitə konfransına hazırlıq üzrə işçi qrupunun, sentyabrın 11-də isə Regional Rabitə Birliyinin radiotezlik çeşidinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə komissiyasının iclasları keçiriləcək.
 
Tədbirlər çərçivəsində Ümumdünya radiorabitə konfransının gündəliyi, RRB üzv ölkələrinin rabitə administrasiyalarının əlavə təklifləri və eyni zamanda 2015-ci ildə Radiorabitə   Assambleyasına hazırlıq məsələləri müzakirə ediləcək.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL