waplog

“Elektron hökumət” alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə icazəni asanlaşdıracaq


Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin informasiya sistemi “Elektron hökumət” portalına qoşulacaq. 
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, “Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” xidmətinin istifadəçilərə “Elektron hökumət” portalı üzərindən çatdırılması bu sahədə qurulan yeni biznes sahələrinin işini sadələşdirəcək.
 
Məlumat Hesablama Mərkəzinin və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndələrinin baş tutan görüşündə bu xidmətin portal üzərindən “bir pəncərə” prinsipinə uyğun olaraq vətəndaşlara təqdim edilməsi üçün texniki məqamlar gözdən keçirilib.
 
Sözügedən xidmətin Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş müvafiq texniki qaydalara uyğun hazırlanması üçün zəruri informasiya və portala qoşulma sxemi agentliyin  nümayəndələrinə təqdim edilib.
 
Görüşdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin informasiya sisteminin “Elektron hökumət” portalına qoşulması  və elektron xidmətlərin təşkili haqqında hüquqi, texniki və proqram məsələlər müzakirə olunub.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL