waplog

Şəffaf smartfon prototipi nümayiş etdirilib


Gələcəyin smartfonları "5G", "3D" kameralar, çox möhkəm qrafen korpuslarla təchiz edilə bilər. Ötən həftə Çində şəffaf korpusla təchiz edilmiş smartfon nümayiş etdirilib.
 
Hələ ki yalnız prototip şəklində mövcud olan qurğunu "Lenovo" şirkəti tərəfindən maliyyələşdirilən yeni "ZUK" şirkəti nümayiş etdirib.
 
Məlumat üçün bildirək ki, bu həftə "ZUK" şirkətinin təqdim etdiyi "Z1" smartfonu tezliklə satışa çıxarılacaq. Qurğu 5,5 düymlük "Full HD" formatlı ekran, 3 QB əməli yaddaş, "Qualcomm Snapdragon 801" prosessoru və ənənəvi "microUSB" əvəzinə "USB Type C" portu ilə təchiz edilib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL