waplog

San-Fransiskoda “Intel Developer Forum – IDF-2015” keçirilir


San-Fransiskoda proqram tərtibatçılarının ənənəvi “Intel Developer Forum”u işə başlayıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, builki forum öz ətrafına  5 mindən çox proqramçı, tərəfdaş və korporasiya nümayəndələrini toplayıb.

Bu ilin birinci yarımilliyində “Intel”in nümayiş etdiyi göstəricilər şirkətdə baş verən dəyişikliklərdən xəbər verir. “Intel” artıq məlumatların emalı mərkəzləri, yaddaş və “Əşyaların interneti” seqmentlərində iştirakını genişləndirir.

“IDF 2015”-in açılış mərasimində çıxış edən “Intel” korporasiyasının icraçı direktoru Brayan Krjaniç), şirkətin kompüter hesablamalarının fərdiləşdirilməsi üçün nəzərdə tutulmuş  yeni məhsullarını, alətlərini və proqramlarını nümayiş etdirib, müxtəlif sahələrdə proqramçılar üçün yeni imkanlar yaradan tendensiyalar haqda bəhs edib.
 
Brayan Krjaniç həmçinin inkişaf edən “Intel  Real Sense” texnologiyasında baş verən yenilənmələr haqda danışıb.  Belə ki, “Intel RealSense” bir sıra platformalarda təqdim ediləcək və proqramçılara təsvirin dərinliyini qavrayan yeni aparat və proqram təminatının yaradılmasında böyük imkanlar yaradacaq.

Artıq “Windows” və “Android” platformaları ilə yanaşı, proqramçılar “Mac OS X”, “ROS”, “Linux”, “Scratch”, “Unity”, “XSplit”, “OBS”, “Structure SDK”, “OSVR” və “Unreal Engine 4” əsasında sistemlər üçün “Intel RealSense” texnologiyasını istifadə edə biləcəklər.  
 
“Google” iklə birgə “Intel” Android əsasında smartfonlar üçün dəstdə “Project Tango” platformasını və “Intel RealSense” texnologiyasını birləşdirərək təsvirin dərinliyini qavrayan mobil həllər sahəsində yeni innovasiyalar  yaradır. “Intel Real Sense Smartphone” dəsti, məkan daxilində səmtləşmə və mühitin tədqiqi, virtual reallıq, 3D skanlaşma və s. kimi  yeni funksional imkanlar təqdim edir.
 
Ekspert həmçinin 2016-cı ilin birinci yarısında “Turner Broadcasting”in aparıcı televiziya şəbəkələrində və kanallarında “America’s Greatest Makers” televiziya proqramının yayımına başlanacağını bildirib.
 
Tədbir çərçivəsində bu sahədə işləyən mütəxəssislər sahənin inkişafı ilə bağlı fikirlərini bölüşüblər və bir sıra digər maraqlı innovativ həllər təqdim ediblər.
 
Aynur Vəliyeva 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL