waplog

Müasir innovativ texnologiyaların tətbiqi ilə yeni yol infrastrukturunun yaradılması müzakirə olunacaq


27-29 sentyabr 2011-ci il tarixdə Tayland Krallığının Banqkok şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən Asiya Avtomobil Yolları üzrə İşçi Qrupu və Asiya və Sakit Okean regionunda Yol Təhlükəsizliyinin İnkişaf Etdirilməsi üzrə Ekspert Qrupunun iclası keçiriləcək.

Hər il keçirilən Asiya və Sakit Okean regionunda Yol Təhlükəsizliyinin İnkişaf Etdirilməsi üzrə Ekspert Qrupunun iclası zamanı, BMT-nin Qlobal Yol Təhlükəsizliyi Planına və elan olunmuş Yol Təhlükəsizliyi üzrə Fəaliyyət Onilliyinə (2011-2020) uyğun olaraq, üzv ölkələr tərəfindən bu sahədə milli səviyyədə görülmüş işlər, müasir innovativ texnologiyaların tətbiqi ilə yeni yol infrastrukturunun yaradılması, yol təhlükəsizliyinin cari statusu və Yol Təhlükəsizliyi proqramları barədə məlumat veriləcək, Milli Yol Təhlükəsizliyi Strategiyası və Fəaliyyət planları barədə fikir mübadiləsi aparılacaq.

Hər 2 ildən bir keçirilən Asiya Avtomobil Yolları üzrə İşçi Qrupunun 4-cü iclasında isə Asiya Avtomobil Yolları Şəbəkəsi üzrə Hökumətlərarası Saziş layihəsi çərçivəsində görülən işlər, avtomobil yollarının inkişafı üzrə ölkə məruzələri dinləniləcək və üzv ölkələrin təklif etdiyi dəyişikliklər müzakirə olunacaq.

Hər iki iclasda Nəqliyyat Nazirliyi aparatının və “Azəryolservis” ASC-nin nümayəndələri iştirak edəcəklər.

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL