waplog

COMCEC-in “İƏT-ə üzv olan ölkələr üçün informasiya və kommunikasiya texnologiyaları əsaslı həll yolları” mövzusunda 6-cı iclası keçiriləcək


2015-ci ilin 3 sentyabr tarixində Türkiyənin Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatı İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Turizm üzrə İşçi qrupunun “Effektiv Turizm Marketinq Strategiyaları: İƏT-ə üzv olan ölkələr üçün İKT (informasiya və kommunikasiya texnologiyaları) əsaslı həll yolları” mövzusunda 6-cı iclası keçiriləcək.
 
Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Nazirlikdən qeyd edilib ki, iclas zamanı üzv ölkələrdə turizmin marketinqində İKT vasitələrindən istifadə, bu sahədə mövcud vəziyyət, əsas problemlər və onların həlli yolları, ölkələrin bu sahədəki təcrübələri, tövsiyə və perspektivlər müzakirə olunacaq.
 
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun məsləhətçisi Cavid Abdullayev iştirak edəcək.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL