waplog

Azərbaycan naviqasiya sisteminə artıq regionun dördüncü ölkəsini inteqrasiya etməyə hazırlaşır


Azərbaycanın aparıcı İT şirkətlərindən biri olan "Sinam" şirkəti İranın elektron xəritəsini "GoMap" (gomap.az) naviqasiya sisteminə inteqrasiya etmək niyyətindədir.
 
Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, hazırda İranın müvafiq qurumları ilə bununla bağlı danışıqlar aparılır.
 
"İran "GoMap" (gomap.az) naviqasiya sisteminə elektron xəritələri inteqrasiya edilən regionun dördüncü ölkəsi olacaq. Bu gün biz Türkiyənin "Infotech" şirkəti bu ölkənin elektron xəritəsinin "GoMap" inteqrasiyasına başlamışıq, Gürcüstanın elektron xəritəsi artıq hazırlanaraq "GoMap"a inteqrasiya edilib və "www.gomap.ge" fəaliyyət göstərir", - deyə şirkətdə bildiriblər.
 
Xatırladaq ki, "GoMap.az" layihəsi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə "Sinam" şirkəti tərəfindən həyata keçirilib.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL