waplog

Yayımlanan kanallar paketinin tarifləri endirilir


Azərbaycanın efir-kabel televiziyası sektorunda inkişaf edən şirkət olan “CONNECT TV” cari ilin sentyabrın  1-dən etibarən yayımlanan kanallar paketinin tərkibini daha da zənginləşdirəcək.
 
 Belə ki, şirkət tanınmış, ən reytinqli və baxımlı kanalları “Standart” paketə əlavə edərək abunəçilərə müxtəlif dillərdə yayımlanan tamamilə yenilənmiş universal bir paket təqdim edəcək.
 
Həmin tarixdən etibarən abunəçilər iki paketdə - “Standart” və əlavə olaraq təqdim olunacaq “Premium” paketdə tam yüksək keyfiyyətli HD kanalları izləyə biləcəklər. Belə ki, əvvəlki kanal paketlərində olan bir çox HD kanallar artıq “Standart” paketə daxil ediləcək və HD kanalların ümumi sayı daha da artırılacaq.
 
Təqdim olunacaq “Premium” paketdə isə bütün kanallar HD keyfiyyətinə malik olacaq. «Standart» və «Premium» paketlərdə abunəçilərə yeni HD kanallar təqdim olunacaq.   Eyni zamanda xidmət keyfiyyətinin daha da yüksəldilməsi, abunəçilərə daha keyfiyyətli (HD yayım) və onların zövqünə uyğun kontentin təqdim edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, əhatə dairəsinin genişləndirilməsi və digər texniki yeniliklərlə əlaqədar olaraq yayımlanan “Standart” paketə görə abunə haqqı 10 AZN təşkil edəcək.
 
Qeyd edək ki, abunəçilərə 18 AZN-ə təqdim olunan “Optimal” paketdə olan kanallar artıq “Standart” paketə daxil edilərək 10 AZN-ə təklif ediləcək. Həmçinin “Premium” paket də artıq 27 deyil, 15 AZN-ə təklif olunacaq.
 
Qeyd edək ki, “Premium” paket həm kanalların keyfiyyət və kəmiyyəti, həm də qiymət baxımından daha sərfəli olacaq.  Abunəçilər yaranan hər hansı sualla əlaqədar 159 Məlumat Mərkəzinə zəng edə bilərlər.
 
 
 
Həqiqət İSABALAYEVA
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL