waplog

Dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminar keçirilir


Mərkəzi Seçki Komissiyası (MSK) 2015-ci ildə Milli Məclisə keçirilməsi nəzərdə tutulan seçkilərlə əlaqədar müxtəlif istiqamətləri əhatə edən genişmiqyaslı layihələri davam etdirir. Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində növbəti layihə dairə seçki komissiyalarının kompüter mütəxəssislərini əhatə edir.
 
Belə ki, Milli Məclisə seçkilərə hazırlıq məqsədilə 2015-ci il avqustun 28-də dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminara başlanılıb.
 
MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə "Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin təkmilləşdirilmiş yeni imkanları barədə praktiki məlumat vermək, əyani formada istifadə qaydalarını öyrətməkdir.
 
Kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL