waplog

Türkiyədə ilk dəfə süni gözün implantı əməliyyatı keçirilib


Türkiyənin “NTV” internet nəşri yazır ki, türk klinikalarından birində süni gözdən istifadə nəticəsində görmənin bərpası üzrə çox mürəkkəb cərrahi əməliyyat uğurla həyata keçirilib.
 
“ICTnews.az” saytı “tass.ru” saytına istinadən xəbər verir ki, belə sınağa qərar vermiş ilk pasiyent 44 yaşlı Dilek Yumrandır. İkinci uşağın doğuşundan sonra ona "toyuq korluğu" diaqnozu qoyulub. "Toyuq korluğu" elə bir xəstəlikdir ki, xəstə qaranlıqda əşyaları seçə bilmir. Bu xəstəlik həm anadangəlmə, həm də sonradan qazanıla bilər.
 
Süni gözün implantı cərrahi əməliyyatı Dünya Oftalmologiya xəstəxanasının əməkdaşlarının (həkimlər Nur Adcar və Fevzi Akkan) rəhbərliyi altında keçirilib.
 
Professor Adcar qeyd edib ki, dünyada yalnız bir neçə ölkəyə belə mürəkkəb cərrahi əməliyyatı etməyə icazə verilib və o fəxr edir ki, Türkiyə artıq bu ölkələrdən biridir. Türkiyədən başqa belə əməliyyatı Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və ABŞ klinikaları keçirmək hüququna malikdir.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL